“Nə qədər vaxt aparsa da, ölkəni xilas etmək üçün mübarizə aparacağıq”.
“Leqal.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.
O bildirib ki, uşaqlar artıq sığınacaqlarda doğulubsa, şübhəsiz, müharibədə düşmənin şansı yoxdur:
"Ukraynalıların ölkəni müdafiə istəkliliyi işğal ssenarisini pozdu. Ölkə azad olunana qədər mübarizə aparacağıq”.
Zelenski ölkəsini tərk etməsi ilə bağlı məlumatı təkzib edib:
"Mən buradayam və silahlarımızı yerə qoymayacağıq. Dövlətimizi qoruyacağıq. Çünki silahımız həqiqətdir. Həqiqətimiz isə bu torpaqlar, ölkə və uşaqlar bizimdir. Biz bütün bunları qoruyacağıq”.
Qafqazinfo