ABŞ da Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcək.
“Leqal.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının oxşar qərarlarından sonra müvafiq tədbirlər görüləcək.
“ABŞ onlara qoşularaq prezident Putin, xarici işlər naziri Lavrova və milli təhlükəsizlik komandasının üzvlərinə qarşı sanksiyalar tətbiq edəcək", - Psaki bildirib.
***
ABŞ Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Tədiblər müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı da tətbiq olunur.
ABŞ Maliyyə naziri Cannet Yellen qeyd edib ki, ABŞ və onun tərəfdaşları “Rusiya elitasına” qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcəklər.