“Moskva Kiyevlə dialoqa köklənib” - Zaxarova

“Moskva Kiyevlə dialoqa köklənib” - Zaxarova
  • Siyasət / Dünya

  • "Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatına cavab olaraq Kiyevlə təmasların aparılması və nümayəndə heyətlərinin formalaşdırılması mümkünlüyü barədə qərar dərhal qəbul edilib.

    "Leqal.az" xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    “Əlaqələrin qurulması və nümayəndə heyətlərinin formalaşdırılması mümkünlüyü ilə bağlı qərar operativ şəkildə qəbul edildi və ictimaiyyətə açıqlandı. Söhbət kimin hansı divarları hörməsindən, kimin hansı danışıqları pozmasından gedir. Biz heç vaxt danışıqları pozmamışıq. Emosiyaları peşəkarlıqdan necə ayırmağı bilirik. Moskva həmişə dialoq əhval-ruhiyyəsində olub və Kiyevlə təmas qurmaq qərarına gəlib”,  //Qafqazinfo- deyə Zaxarova qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər