Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama

Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama
  • Siyasət / Maraqlı

  • “Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir və dialoqla həllini tapmalıdır”.

    Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib. 

    O qeyd edib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsindən ibarətdir:

    “Azərbaycan Respublikası bu məsələnin siyasi-diplomatik yollarla, dialoq vasitəsilə həllinin tərəfdarıdır. Bu mövqeyimiz ATƏT tərəfindən təşkil olunmuş xüsusi sessiyada da ifadə olunub”.

    PAYLAŞ:

    Oxşar xəbərlər