“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davranmadı”.
“Leqal.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdur”, - o bildirib. //Report
R.T.Ərdoğanın sözlərinə görə, bu gün NATO-ya üzv olan ölkələrin liderlərinin iclası keçiriləcək: “Bu gün NATO liderləri toplanacaq. Bu iclasda onların mövqelərini görəcəyik. NATO daha qətiyyətli addım atmalıdır”.