Ukrayna Prezidenti Volodimir Zelenski Yuri Lebedi Milli Qvardiyanın komandanı təyin edib.
Fevralın 25-də Ukrayna lideri təyinatla bağlı müvafiq sənədi imzalayıb.
“Lebed Yuri Anatoliyeviç Ukrayna Milli Qvardiyasının komandanı təyin olunsun”, - deyə sənəddə bildirilib.
Qeyd edək ki, Yuri Lebed 2019-cu ilin iyununa qədər Ukrayna Milli Qvardiyasının komandanının müavini vəzifəsini icra edib.
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 28-də Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı vəzifəsindən azad edib. Yuri Lebed həmin vaxtdan etibarən Milli Qvardiyanın komandanı vəzifəsini müvəqqəti icra edib.
Mənbə: Segodnya.ua