Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Polşa prezidenti Anjey Duda ilə telefon danışığı aparıb.
Bu barədə Prezident Administrasiyasından məlumat verilib.
Bildirilib ki, söhbət zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin aktual regional məsələlər müzakirə olunub.
“Prezident Ərdoğan Türkiyə - Polşa münasibətlərini bütün sahələrdə daha da inkişaf etdirmək və ölkələr arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurası mexanizmini formalaşdırmaq arzusunu ifadə edib. Həmçinin, dövlət başçısı Türkiyənin Rusiya ilə Ukrayna arasındakı gərginliyi diqqətlə izlədiyini bildirib və vurğulayıb ki, ölkəsi gərginliyi azaltmaq üçün səylərini davam etdirir”, - deyə məlumatda qeyd olunub.
Duda koronavirusa yoluxan prezident Ərdoğan və xanımına ən xoş arzularını çatdırıb və tezliklə sağalmalarını arzulayıb. /oxu.az/
LEQAL.AZ