Azərbaycan istəyini diktə etdi: Sülhməramlılar erməni yaraqlılarla bağlı Bakıya zəmanət verdi

Azərbaycan istəyini diktə etdi: Sülhməramlılar erməni yaraqlılarla bağlı Bakıya zəmanət verdi
  • Siyasət / Maraqlı

  • Rusiya Sülhməramlı kontingenti məsuliyyət zonalarında hərəkət edən Azərbaycana məxsus heç bir avtomobil karvanına bundan sonra heç bir erməni yaraqlınını yaxınlaşmayacağına dair zəmanət verib.

    Bu barədə “Caliber” “Telegram” kanalı hərbi dairələrdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

    “Bizə hərbi dariələrdəki etibarlı mənbələrdən məlumat daxil olub ki, Azərbaycan tərəfinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbərliyi son təmaslarında Rusiya tərəfi burnunu soxmağa çalışmaq bir yana qalsın, bundan sonra heç bir erməni yaraqlının hətta bizim avtomobil karvanlarına yaxınlaşmağa belə cürət etməyəcəyinə dair qəti zəmanət verib”, - deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında Azərbaycan tərəfinə məxsus avtomobil karvanına aparılan yoxlamalar zamanı sülhməramlı kontingentin yanında erməni separatçılarının da olması qalmaqala səbəb olmuşdu. Görüntülər Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı və yerli mətbuatda sərt tənqid hədəfinə çevrildi.

    PAYLAŞ:

    Oxşar xəbərlər