“İranla Azərbaycan arasındakı münasibətlərin bir qismi də regional əməkdaşlıqla bağlıdır”.
"Leqal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bölgədə regional əməkdaşlıq gücləndirilir.
“Burada “3+3” formatındakı əməkdaşlıq platforması da önəmlidir. Bu platforma İrana da yeni imkanlar yaradıb və biz bunu dəyərləndiririk”, - deyə Abdullahian deyib.
Qeyd edək ki, “3+3” formatı Zəngəzur dəhlizi ilə bağlıdır. Bu platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan daxildir. Gürcüstan hələlik Zəngəzur dəhlizinə “3+3” formatında qoşulmaqda tərəddüd edir.(Oxu.az)