Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında videobağlantı vasitəsilə görüşün vaxtı şərti olaraq təsdiqlənib və Amerika tərəfi ilə razılaşdırıldıqdan sonra açıqlanacaq.
TASS xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
"Biz Putin və Bayden arasında videokonfrans formatında ünsiyyətin mümkünlüyü üzərində işləyirik. Üstəlik, bu təmas yaxın bir neçə gün ərzində baş tuta bilər. Bizim konkret tarix və vaxtımız var. Amma sona qədər gözləmək daha yaxşıdır. Bu görüşə fəal şəkildə hazırlıq gedir”, - deyə Uşakov qeyd edib.