İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Almaniya hökumətini diplomatik obyektlərin təhlükəsizliyini təmin etməyə çağırıb.
"Leqal" xəbər verir ki, Xətibzadə İranın Almaniyanın Hamburqdakı Baş Konsulluğuna naməlum şəxslərin hücumunu pisləyib.
Almaniya hökumətini Diplomatik Münasibətlərə dair Vyana Konvensiyası çərçivəsində “İranın diplomatik saytlarının təhlükəsizliyi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə və ciddi, məsuliyyətli davranmağa” çağıran Səid Xətibzadə bunları qeyd edib:puplika
“Almaniya rəhbərliyindən hücumun səbəbkarlarına qarşı lazımi addımları atmasını, hadisəni ətraflı şəkildə araşdırmasını və bu cür hücumların təkrarlanmaması üçün təsirli və daimi tədbirlər görməsini gözləyirik”.