Azərbaycanla İran arasında açıq müstəvidə cərəyan edən gərginlik mərhələsi başa çatıb.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair toplantısının yekunlarına dair brifinqdə çıxış edən nazir bildirib ki, azərbycanlı həmkarı Ceyhun Bayramovla təmasları olub və mövcud problemlər tədricən öz həllini tapacaq.
O qeyd edib ki, hazırki İran hökuməti qonşularla münasibətlərin inkişafını hədəfləyir.
Mənbə: TASS