Ərdoğan Ukraynaya gedəcək

Ərdoğan Ukraynaya gedəcək
  • Siyasət / Maraqlı

  • Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüb.

    “Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ukrayna və Türkiyə əməkdaşlığının bütün spektrini- sərbəst ticarət sahəsindən hərbi-texniki əməkdaşlığa qədər müzakirə etdik. Əlaqələrimiz daha da konkretləşir və praktiki layihələrlə doludur”, - deyə Ukrayna lideri “Twitter” hesabında yazıb.

    Vladimir Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

    Bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.

    Tərəflər Qara dəniz bölgəsində sabit təhlükəsizlik vəziyyətinin saxlanılması məsələsini nəzərdən keçiriblər.

    Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Ukraynaya getmək təklifini qəbul edib.


    Володимир Зеленський

    PAYLAŞ:

    Oxşar xəbərlər