Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuza məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a daxil olan məlumatda qeyd edilib ki, Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.