Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür
  • Mədəniyyət

  • Bu gün  azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist Şıxlinski İsmayıl Qəhraman oğlunun doğum günüdür.

    İsmayıl Şıxlı  1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gözlərini açıb. Kosalar kəndində ibtidai məktəbi bitirdikdən sonra Qazax pedaqoji məktəbində təhsil alıb (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib(1941-1942).

    Yaradıcılığına şeirlə başlayan nasir ( Quşlar, 1938) fəaliyyətinə hekayələrlə davam edib.
    "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Konserv qutuları", "Kerç sularında", "Haralısan ay oğlan?", "Mənim rəqibim", "Köynək", və.s kimi hekayələrlə xalqın sevgisini qazanıb. 

    İsmayıl Şıxlının ən böyük yaradıcılıq nailiyyəti ədəbiyyatımızın dəyərli nümunələrindən olan "Dəli Kür" (1957-1966) romandır.

    Görkəmli yazıçı 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub,1976-cı ildə Azərbaycan komsomolu mükafatı laureatına  layiq görülüb.1954-cü ildə filologiya elmləri namizədi, 1984-cü ildə Azərbaycanın xalq yazıçısı seçilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991) seçilib.

    Yazıçı eyni zamanda M.F.Axundov adına ədəbi mükafat laureatına layiq görülüb.

    Həyatını Azərbaycan ədəbiyyatına həsr edən yazıçı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər