Aktyor Rəzzaq Məmmədov 74 yaşında vəfat edib.
Leqal.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənətkar bu gecə uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, doğulduğu Lənkəran rayonunun Liman qəsəbəsində dəfn ediləcək.
Qeyd edək ki, R. Məmmədov uzun müddət Gənc Tamaşaçılar Teatrında aktyor işlədikdən sonra təqaüdə çıxıb.