Millət vəkili Məşhur Məmmədovun dəstəyi ilə görülən "I və II Qarabağ müharibəsi" şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi Masallı Qəhrəmanlar Parkına daha bir heykəl əlavə olunub.
Heykəl "Dəmir yumruq" adlanır. Əzəməti ilə seçilən bu əsər Heykəltaraş İlqar Balayev və oğlu Aqşinlə birlikdə, böyük zəhmət tələb edən büstü incəliklə yaratmışdırlar.
Leqal.az-ın Cənub bürosunun verdiyi məlumata görə, Masallıdan olan heykəltəraş Ata və oğullar 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini Qasımlı kəndindəki emalatxanalarında gecə-gündüz işləyərək burada hazırlayıblar.
Qeyd edək ki, İlqar Balayev bir sıra əsərlərin müəllifidir. O, hazırda öz emalatxanasında istedadlı heykəltaraş, rəssamlar yetişdirir.
Nəzərinizə çatdıraq ki, Qəhrəmanlar Parkında I Qarabağ müharibəsində şəhidlik məqamına yüksələn 3 Milli Qəhrəman və eyni zamanda, II Qarabağ müharibəsində igidlik göstərmiş, ölkə başçısı Ali Baş Komandan Prezident İlham Əliyevin Fərmanı ilə Vətən Qəhrəmanı adına layiq görülmüş 2 əsgərimizin də büstü var.
Qəhrəmanlar Parkı yaxın günlər üçün açılışa hazır olacaq.
Müəllif: Mahal Məmmədhüseynli