Müğənni Əflatun Qubadov: Xüsusilə şou nümayəndələrinin hərbi forma geyinib, efirə çıxması yolverilməzdir

Müğənni Əflatun Qubadov:  Xüsusilə şou nümayəndələrinin hərbi forma geyinib, efirə çıxması yolverilməzdir
  • Mədəniyyət


  • LEQAL.AZ bigaz-a istinadən xəbər verir ki, Müğənni Əflatun Qubadov bəzi problemləri dilə gətirib.

    O, bildirib ki, son günlər bəzi insanların, xüsusilə şou nümayəndələrinin hərbi forma geyinib, efirə çıxması yolverilməzdir.

    "Lazımsız insanlar onu geyinib, hörmətdən salırlar. O forma millətimizin, xalqımızın ən qiymətli xəzinəsidir.

    O formada adam əsgər, zabit görəndə qürürlanır.

    Onu geyinib efirlərdə düşük-düşük danışırlar. Kamera önündə "poz" verirlər.

    O forma Polad Həşimovun, Mübariz İbrahimovun və onların timsalında digər qəhrəman oğullarımızın, cəbhədə döyüşən igid əsgərlərimizin formasıdır!

    O formanı kim gəldi geyinə bilməz, bu düzgün deyil və qəbuledilməzdir!

    Buna qarşı mütləq ciddi tədbir görülməlidir!"
    PAYLAŞ:

    Oxşar xəbərlər