ABŞ-ın Tennesi ştatının sakini öz zəhməti hesabına 20 ilə nəhəng palıd ağacları üzərində “göydələn” inşa edib.
LEQAL.AZ xarici saytlara istinadla xəbər verir ki, ağac ev yalnız təkrar emal edilmiş materiallardan inşa olunub. Hündürlüyü 30 metrə çatan 10 mərtəbəli binanın sahəsi 900 kvadratmetrdir. “Göydələn”in tikintisi zamanı 300 min mismardan istifadə edilib.
Ümumilikdə, nəhəng ağac evdə çoxlu sayda keçid, teras, balkon və platformadan başqa, 80 otaq var. Ən maraqlısı odur ki, onun inşasına cəmi 12 min dollar xərclənib.
Ağac ev hətta “Ginnesin rekordlar kitabı”na düşüb.