Martda Anadolu bölgəsində mövcud olan əlverişsiz hava şəraiti baharın ilk günlərində də davam edib. Hazırda Türkiyənin əksər bölgələrində güclü qar, aramsız yağış və tufan mövcuddur.
LEQAL.AZ xəbər verir ki, əlverişsiz hava şəraiti Türkiyədə bir sıra problemlər yaradıb. Magistralların buz bağlaması səbəbindən şoselərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Güclü gülək Muşda əllidən artıq binanın dam örtüyünü atıb. Böyük ağacların aşması şəhər təsərrüfatının idarə olunmasına əngəllər yaradıb. Kənd təsərrüfatına da ciddi zərər dəyib. Hazırda Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları Muşda bərpa işlərinə cəlb olunublar.(azərtac)