Bu gün Ermənistan ordusunun hərbi qulluqçusu ilə əlaqə kəsilib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib:
“Güclü qar və dumana baxmayaraq, başlanmış axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”.