ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: "ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”.
Qeyd edək ki, SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Həmçinin İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb.