İlham Heydər oğlu Əliyev 2003-cü il 15 oktyabrda keçirilən seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçildi.
Cənab Prezident hakimiyyətdə olduğu dövrdə daim Azərbaycan Dövətçiliyinin möhkəmləndirilməsi, dövlətimizin xarici təşkilatlarda layiqli təmsilinə diqqət ayırmışdı.
Ölkəmizin xarici siyasətində əsas məsələlərdən biri Qarabağ həqiqətlərinin dünya ölkələrinə düzgün çatdırmaq və Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıtmaq olmuşdur. Ali baş komandanın yeritdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı qalib xalqa çevrildi.
Dövlət başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmiz bir sıra Beynəlxalq təşkilatlara ev sahibliyi etmişdir. Ölkəmiz üçün uğurlu hadisələrdən biri də 2023-cü il dekabr ayının 15 –də BMT-nin qəbul etdiyi qərar olmuşdur. Bu qərara əsasən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –COP29-un gələn il Ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul etməsi olmuşdur. Bu tədbirin Bakıda keçirilməsi ölkəmiz üçün daha bir uğurdur. Dövlətimizin başçısının bu tədbirin keçirilməsi ilə bağlı çağırdığı müşavirədə çıxış edərək bildirmişdi ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü dövlətə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
Bu hadisənin önəmi,o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Ölkəmizin bu cür mühüm tədbirlərə ev sahibliyi etməsi Cənab Prezidentin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimiz hal-hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Əlbətdə ki, bu dünyanın 120 ölkəsinin Azərbaycana göstərdiyi dəstəyin nəticəsidir. Lakin bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi isə bütün dünya ölkələrinin Ölkəmizə göstərdiyi dəstəyin bariz nümunəsidir.
COP29-un Ölkəmizdə keçirilməsi müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonağın ölkəmizə gəlməsi ilə nəticələnəcəkdir. Bu da ölkəmizin daha geniş ictimaiyyət tərəfindən tanınması ilə nəticələnəcəkdir. Ölkəmizə bu beynəlxalq tədbirdə uğurlar arzulayıram.
Cavidan İmanov,
Mahmudavar kənd tam orta məktəbi