Qırğızıstanda "Qanuni oğru” öldürülüb.
Leqal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.
Məlumata əsasən, xüsusi təyinatlılar tərəfindən keçirilən əməliyyat zamanı kriminal avtoritet Kamçıbek Kolbayev öldürülüb.
Bildirilib ki, Asanbek rəqib cinayətkar təşkilatın liderinin qətlinin təşkilində əli olması ittihamı ilə axtarışa verilib və Bişkekdəki restoranlardan birində tutulub. Təhlükəsizlik qüvvələri onu yaxalamaq istəyəndə tapança ilə cavab verən Asanbekin ölü olaraq ələ keçirilib.
“Kamçı Kolbayev” ləqəbi ilə tanınan 49 yaşlı "Qanuni oğru"nun ölümündən sonra Bişekekdə vəziyyət qarışıb. Şəhərin mərkəzində dəfələrlə silah səsləri eşilib.