Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi
  • Maraqlı / Dünya

  • Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Leqal.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

    Səfirə İrəvanın qeyri-dost hərəkətləri ilə əlaqədar nota təqdim edilib.

    Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.

    ***
    Bundan başqa, etiraz notasında Ermənistanın Milli Məclisinin sədri A.R.Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı təhqiramiz bəyanatlarının (“hansısa katibə” ifadəsi – red) qəbuledilməzliyi qeyd olunub.

    Eyni zamanda, sentyabrın 7-də Ermənistanda bloger M.Badalyanın və “Sputnik Ermənistan” radiosunun köşə yazarı A.Gevorkyanın saxlanması ilə bağlı narahatlıqlar ayrıca qaldırılıb. 

    Etiraz notasında habelə ABŞ hərbçilərinin iştirakı ilə Ermənistanda hərbi təlimlərin keçirilməsi də yer alıb.

    Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.

    Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir.
    PAYLAŞ:

    Oxşar xəbərlər