Nazarbayevin ömürlük vəzifələrinin ləğvi təsdiqləndi

Nazarbayevin ömürlük vəzifələrinin ləğvi təsdiqləndi
  • Maraqlı / Dünya

  • Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.

    Bu barədə TASS xəbər verir.

    Qeyd edək ki, yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar mövcud qanunvericilikdən çıxarılıb.

    Qanunvericiliyə dəyişikliklərin edilməsi indi dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

    Xatırladaq ki, N. Nazarbayev Qazaxıstan Xalqı Assambleyasına sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasına sədrliyi isə ölkədə yanvar ayında baş verən iğtişaşlar zamanı təhvil verib. /qafqazinfo/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər