Kreml Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının olmasını izah edib

Kreml Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının olmasını izah edib
  • Maraqlı / Dünya

  • Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib ki, Ukrayna ilə sərhəddəki rus qoşunların yerləşdirilməsi regionda yaranmış gərginliyə reaksiyadır.

    “Rusiya qoşunları Ukrayna sərhədi yaxınlığında Rusiya Federasiyasının ərazisindədir və biz müxtəlif NATO təlimləri, NATO qırıcıları və casus təyyarələri, habelə NATO-nun hərbi təyyarələri, NATO infrastrukturunun sərhədlərə qədər irəliləyişi ilə yaratdığı xoşagəlməz atmosfer şəraitində tərk etməyi zəruri hesab edirik”, - RİA Novosti Peskovdan sitat gətirir.

    Kreml sözçüsü vurğulayıb ki, Moskva buna reaksiya verməyə və “ehtiyat tədbirləri görməyə” məcburdur: “Ona görə də bizim ordumuz orada bizim /ərazimizdədir”. virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər