Rus qoşunlarının Ukrayna ilə sərhədə kütləvi şəkildə toplanması Vaşinqtonda fövqəladə vəziyyət hissi yaradır.
"Leqal" xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
"Rusiya-Ukrayna sərhədində vəziyyət ötən ilin noyabr ayının əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns buraya (Moskvaya – red.) gəldikdən sonra da dəyişməyib. Biz bunu real təhlükə hesab edirik”, - səfir qeyd edib.