Rusiya hərbçiləri Qazaxıstanın strateji obyektlərini nəzarətə götürür

Rusiya hərbçiləri Qazaxıstanın strateji obyektlərini nəzarətə götürür
  • Maraqlı / Dünya

  • Rusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir.

    Bu barədə nazirliyin məlumatında deyilir.

    Qeyd olunur ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

    “Hava-desant qüvvələri hərbi-nəqliyyat təyyarələrinin Rusiya aerodromlarından köçürülməsini həyata keçirib. Rusiya kontingentinin hərbi qulluqçuları tapşırıqları yerinə yetirməyə başlayıblar”, - Müdafiə Nazirliyinin saytında bildirilir. /virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər