Tokayev ölkədəki vəziyyəti "Twitter"də şərh etdi

Tokayev ölkədəki vəziyyəti "Twitter"də şərh etdi
  • Maraqlı / Dünya

  • Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev özünün "Twitter hesabında ingilisdilli mesajlarda ölkədə baş verənləri izah edib.

    “2022-ci il yanvarın 2-də mən hökumətə Qərbi Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş neft qazının qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda etiraz aksiyaları zorakılığın artmasına gətirib çıxarıb. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim", - deyə mesajda deyilir.

    Tokayev izah edib ki, bütün səylərə baxmayaraq, etirazlar zorakılığın daha da artmasına gətirib çıxarıb, iğtişaşlara səbəb olub. Prezident vurğulayıb ki, ölkə “ölkədən kənarda təlim keçmiş terror qrupları” ilə üzləşib. O, “terrorçularla heç bir danışıqlar aparmayacağını” vurğulayıb. virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər