İtlər 25 alman tankını necə məhv etdi?

İtlər 25 alman tankını necə məhv etdi?
  • Maraqlı

  • LEQAL.AZ kulis.az-a istinadla bildirir ki, İkinci Dünya Müharibəsi haqda maraqlı faktları təqdim edir.


    Stalinin əsl adı İosif Vissarionovoç Cuqaşvilidir. “Polad adam” mənasını verən Stalin adını isə 1913-cü ildən istifadə etməyə başlayıb.


    Benito Mussolini, Birinci Dünya Müharibəsi zamanı ingilislər və fransızlar tərəfindən maliyləşdirilən bir italyan qəzetində redaktor olub. O vaxtlar alman qüvvələrinə qarşı fikirləri ilə tanınırdı.


    Nassist SS-in başçısı Henrix Himmler gəncliyində toyuq fermasında işləyib.


    Ən çox qurban vermiş ölkə Rusiyadı. 21 milyon insan ölüb Rusiyadan.


    Adolf Hitler vegetarian olub. Bundan başqa içki içməz, siqaret çəkməzdi.


    1923-cü il təvəllüdlü sovet kişilərinin 80 faizi müharibədə ölüb.


    Almaniyanın enerji problemi o qədər böyük idi ki, müharibə zamanı Almaniya sənaye obyektlərinə atılan bombaların 1 faizi elektrik stansiyalarına atılsaydı, alman sənayesi bir günə çökərdi.


    Ruslar 500-dən çox alman təyyarəsini tarana gedərək məhv ediblər. Çox vaxt minalanmış ərazilərin üstündə yeriyərək təhlükəni zərərsizləşdirirdilər. Stalin deyirdi: “Sovet ordusunda qəhrəman olmamaq cəsarət istəyir”.


    17 yanvar 1942-ci il tarixində Çörçill az qala əvvəlcə düşmən tərəfindən, sonra isə öz hava qüvvələri tərəfindən vurulurdu. Amerikadan dönəndə təyyarəsi rotasından kənara çıxdı və Fransadakı alman təyyarələrinin sahəsinə girdi. Xətanı aradan qaldırıb yenidən öz yollarına çıxdıqda isə ingilislər alman təyyarəsi zənn etdilər. Təyyarəni vurmaq üçün altı RAF döyüş təyyarəsi havaya qalxdı, ancaq Çörçillin bəxtindən onu tapa bilmədilər.


    Müharibə haqda filmlərin əksinə olaraq alman hərbçiləri nasist salamından istifadə etmirdilər. 1944-cü ildə Hitlerə sui-qəsd cəhdindən sonra belə salamlaşmaq məcburi oldu.


    Sovet ordusu düşmən tanklarını yox etmək üçün itlərdən istifadə edirdi. Bomba bağlanmış itlər tankın altına girir və tankı partladırdılar. Bu metod bəzən tərsinə işləyirdi. Çünki itləri məşq elətdirəndə sovet tanklarından istifadə etmişdilər. İtlər bəzən sovet tanklarının da altına girirdilər. Amma Stalinqrad və Kursk döyüşlərində bu metodla 25 alman tankı yox edilmişdi.


    Nasist ölüm düşərgələrində təxminən 3 milyon 800 min insanın öldürüldüyü güman edilir. Onların 90 faizindən çoxu yəhudilərdi. Digərləri polşalılar və rus əsirləri, qaraçılar, fiziki və ruhi qüsurlu insanlar, homoseksuallar, Yahova şahidləri, kommunistlər, siyasi müxaliflər idi.

    PAYLAŞ:

    Oxşar xəbərlər