Sələflərim Krımı Rusiyaya icarəyə vermişdilər.
LEQAL.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski dövlət telekanalının efirində deyib.
Prezidentin sözlərinə görə, bu, 1994-2014-cü illəri əhatə edir:
"Sualım sadədir: Krımdakı Ukrayna donanması haradadır? Müharibə olmayanda donanmanı kim talan etdi? Donanmamız harada idi?"
Zelenski Ukraynanın Krım uğrunda informasiya müharibəsini uduzduğunu da etiraf edib:
"Orada Ukrayna televiziyası yox idi. Orada hansı ulduzlar çıxış edirdi? Yalnız rus ulduzları və heç kim bunun əleyhinə deyildi. Bəs, Ukrayna harada idi?" - deyə prezident vurğulayıb./axar.az