Özbəkistan pambığına qarşı boykotun dayandırılması bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək - FOTO

Özbəkistan pambığına qarşı boykotun dayandırılması bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək - FOTO
  • İqtisadiyyat / Dünya

  • Özbəkistan pambığına olan boykotun - “Cekson-Venik” düzəlişinin aradan qaldırılması, bu ölkədə istehsal olunan mahlıcın və toxuculuq məhsullarının Qərb bazarlarında satışı bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək.

    LEQAL.AZ “Fibre2Fashion TexPro” nəşrinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları Konqresi “Cekson-Venik” düzəlişinin aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.

    Xatırladaq ki, “Cekson-Venik” düzəlişi 1974-cü ildə konqresmenlər Q. Cekson və Ç. Venik tərəfindən irəli sürülərək qəbul edilib. Düzəliş keçmiş SSRİ dövründə pambıq yığımında uşaq əməyindən istifadə edən Özbəkistan və bir sıra digər ölkələrə şamil olunub.


    PAYLAŞ:

    Oxşar xəbərlər