Yanvarın 22-dən 23-nə keçən gecədən etibarən Zığ Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən LEQAL.AZ-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülər alternativ olaraq Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.