“Aqrarkredit” “YAŞAT” Fonduna və “Qarabağ Dirçəliş Fondu”na 200 min manat ianə edib

“Aqrarkredit” “YAŞAT” Fonduna və “Qarabağ Dirçəliş Fondu”na 200 min manat ianə edib
  • İqtisadiyyat

  • “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı “YAŞAT” Fonduna və “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürüb.

    Təşkilatdan LEQAL.AZ-a bildirilib ki, Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi sahəsində uzun müddət fəaliyyət göstərən “Aqrarkredit” sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq qeyd olunan işlərin həyata keçirilməsi üçün yuxarıda adları çəkilən fondların hər birinə 100 min manat olmaqla, sərəncamında qalan mənfəət hesabına cəmi 200 min manat məbləğində ianə edib.

    Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərilməsində, habelə işğaldan azad edilmiş ərazilərdə müasir və layiqli həyatın təmin edilməsində sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı bütün vətəndaşları ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər