SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinə borcuna görə bu il Neft Fonduna 235 milyon dollar ödəyəcək

SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinə borcuna görə bu il Neft Fonduna 235 milyon dollar ödəyəcək
  • İqtisadiyyat

  • SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədar cari ildə Dövlət Neft Fonduna (ARDNF) 235 milyon ABŞ dolları ödəyəcək.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti arasında imzalanmış SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun icrasına uyğun olaraq növbəti illər ərzində 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə və SOCAR tərəfindən Azərbaycan Qaz Təchizatı Şirkətinə yaranmış borcu ilə əlaqədar Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur ki, 2021-ci ildə bu istiqamətdə ARDNF-ə ödənişlərin ümumi həcmi (xam neftin qiyməti 40 ABŞ dolları ilə) 235 milyon dollar təşkil edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər