Masallıda kartof əkininə başlandı

Masallıda kartof əkininə başlandı
  • İqtisadiyyat

  • LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Təzə Alvadı kəndi ərazisində kartof əkininə start verilib.

    Fermerlərdən Bəşirməmməd Məmmədov, Əlicabbar Səfərov, Məmməd Abdullayev, Asif Yaqubov və başqaları qısa müddətdə 70 hektardan çox sahəyə toxum əkiblər.

    Kənd ərazi nümayəndəsi Fəxrəddin Məmmədovdan aldığımız məlumatda bildirilir ki, cari mövsümdə təsərrüfatlarda 200 hektara yaxın sahədə kartof əkini aparılacaqdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər