Paytaxtda “Kənddən Şəhərə” qış yarmarkası açılıb

Paytaxtda “Kənddən Şəhərə” qış yarmarkası açılıb
  • İqtisadiyyat

  • Dekabrın 21-də metronun "Gənclik" stansiyası yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” qış yarmarkası təşkil edilib.

    LEQAL.AZ xəbər verir ki, yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxarıblar.

    Yarmarkanın açılış mərasimində KİV-lərə müsahibə verən kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkanın təşkilində məqsədin bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla təmin etmək, fermerlərin bazara çıxışına şərait yaratmaq olduğunu bildirib.

    Nazir qeyd edib ki, builki yarmarka karantin dövrünə təsadüf etməsinə baxmayaraq, nazirlik tərəfindən müvafiq dezinfeksiya işləri görülüb, fermerlər maska ilə təmin olunub, eləcə də yarmarkada sıxlıq nəzarət altında saxlanılır.

    Qeyd edək ki, “Kənddən Şəhərə” qış yarmarkası paytaxtla yanaşı, Abşeron rayonunda da təşkil olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər