“Sulutəpə dairəsi”ndə yeni yol qovşağının inşası tamamlanır FOTO

“Sulutəpə dairəsi”ndə yeni yol qovşağının inşası tamamlanır  FOTO
  • İqtisadiyyat

  • “Sulutəpə dairəsi”ndə tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağı inşa edilir. Artıq inşaat işləri sonuncu mərhələ üzrə aparılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən LEQAL.AZ-a bildirilib ki, qovşaq 2 yolötürücüsündən ibarətdir. Yolötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

    Yolötürücüləri 3 və 4 aşırımlı olmaqla, uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşası artıq yekunlaşıb. Hazırda körpülərə yanaşma yollarının inşası işləri görülür.

    Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə işlərin böyük hissəsi icra olunaraq yekunlaşdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər