Cari ilin yanvar-sentyabr aylarında ölkədə 1382 və ya ötən ilin müvafiq dövrünə nisbətən 306 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən LEQAL.AZ-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 236,9 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 59,4 faiz, maşın və avadanlıqların istehsalı isə 28,9 faiz artıb.