FHN-in Tokio Paralimpiadasına vəsiqə qazanan əməkdaşı ilə görüş keçirilib

FHN-in Tokio Paralimpiadasına vəsiqə qazanan əməkdaşı ilə görüş keçirilib
  • İdman

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nazirliyin “Tokio-2020” Paralimpiya Oyunlarına vəsiqə qazanan əməkdaşı, parataekvondoçu Aynur Məmmədova ilə görüşüb.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə idmançının dördilliyin zirvə yarışa vəsiqə qazanmasının Azərbaycanda paralimpiya hərəkatının inkişafının göstəricisi olduğu vurğulanıb. F.Musayev qazandığı nailiyyət münasibətilə idmançıya təbriklərini çatdırıb, qiymətli hədiyyələr təqdim edib.

    Xatırladaq ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, ikiqat dünya, dördqat Avropa çempionu, Prezident mükafatçısı Aynur Məmmədova mayın 7-9-da Bolqarıstanın paytaxtı Sofiyada keçirilən parataekvondo üzrə Avropa təsnifat turnirində yüksək nəticə göstərək qızıl medal qazanıb. İdmançımız 15 ölkədən 25-dən çox idmançının mübarizə apardığı turnirdə +58 kiloqram çəki dərəcəsində bütün qarşılaşmalarda qalib gəlib. O, gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə rəqibini qızıl xalla məğlub edib.

    A.Məmmədova turnirin qalibi olmaqla, avqustun 24-dən sentyabrın 5-dək Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər