Aftandil Hacıyev: "Gəncdir, bu cür epizodları ona bağışlamaq olar"

Aftandil Hacıyev: "Gəncdir, bu cür epizodları ona bağışlamaq olar"
  • İdman

  • "Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq".

    LEQAL.AZ xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

    40 yaşlı mütəxəssis rəqibin keyfiyyətli futbolçulara sahib olduğunu bildirib: "Futbcularımız sonadək əzmkar mübarizə apardı. Hesab edirəm ki, 1 xal həriki komandanın aktivinə yazılmalıdır. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. Peyman Keşavarz və Hendrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq".

    Baş məşqçi Ruslan Hacıyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir. Gəncdir, bu cür epizodları ona bağışlamaq olar. Xeyli vaxt idi start heyətində meydana çıxmırdı".

    Hacıyev Ekşteynin oynamamasının səbəbini də açıqlayıb: "Keşlə” ilə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq".(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər