Azərbaycanın 9 yunan-Roma güləşçisi Qran-Pridə iştirak edəcək

Azərbaycanın 9 yunan-Roma güləşçisi Qran-Pridə iştirak edəcək
  • İdman

  • Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığmasının Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-Pri turniri üçün heyəti bəlli olub.

    LEQAL.AZ xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında 9 idmançı təmsil edəcək.

    Turnirin sonuncu günündə - yanvarın 17-də Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər