Azərbaycan Premyer Liqası: “Keşlə” öz meydanında heç-heçə edib

Azərbaycan Premyer Liqası: “Keşlə” öz meydanında heç-heçə edib
  • İdman

  • Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1.

    Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 54-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. Dörd dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

    Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq.

    Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər