"Əziz Şuşa" beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb
  • İdman

  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb.

    “Report”un məlumatına görə, velosipedçilər bu dəfə Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar.

    İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

    Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər