Azərbaycan Premyer Liqası: Elitanı tərk edən komanda bu gün müəyyənləşəcək

Azərbaycan Premyer Liqası: Elitanı tərk edən komanda bu gün müəyyənləşəcək
  • İdman

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

    Ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

    "Sumqayıt" "Zirə"ni, "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. "Qəbələ" məğlub olmasa avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

    Çempionatın autsayderləri olan "Səbail" və "Şamaxı" "ASCO Arena"da münasibətlərə aydınlıq gətirəcəklər. "Dənizçilər"ə elitada qalmaq üçün heç-heçə də kifayət. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

    Azərbaycan Premyer Liqası

    XXXVI tur

    27 may

    17:30. "Sumqayıt" - "Zirə"

    17:30. "Qəbələ" - "Kəpəz"

    20:00. "Səbail" - "Şamaxı"

    28 may

    "Neftçi" - "Sabah"

    "Qarabağ" - "Turan Tovuz"

    Turnir cədvəli

    1. "Qarabağ" - 87 xal

    2. "Sabah" - 81 xal

    3. "Neftçi" - 65 xal

    4. "Qəbələ" - 49 xal

    5. "Zirə" - 47 xal

    6. "Turan Tovuz" - 39 xal

    7. "Kəpəz" - 30 xal

    8. "Sumqayıt" - 28 xal

    9. "Səbail" - 26 xal

    10. "Şamaxı" - 25 xal
    PAYLAŞ:

    Oxşar xəbərlər