Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
  • İdman

  • Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.

    Leqal.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib. 

    Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

    ***
    Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən sorğumuza cavab olaraq məsələyə belə münasibət bildirilib: “U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər