Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Belarusun kişi basketbolçulardan ibarət yığma komandasının vizasını ləğv edib.
"Leqal.az"ın məlumatına görə, bu barədə nazir Priti Patel açıqlama verib.
O bildirib ki, Birləşmiş Krallıq Rusiya prezidenti Vladimir Putinin heç nədən təxribata çəkdiyi və Rusiya ilə birlikdə Ukraynaya qanunsuz soxulan ölkələrin idman komandalarını qəbul etməyəcək. //Report
Fevralın 28-də Böyük Britaniya və Belarus yığmaları İngiltərənin Nyukasl şəhərində 2023-cü il Dünya Kubokunun seçmə oyununda üz-üzə gəlməli idilər.