FHN: Binəqədi rayonunda “Bazar Store” super marketində baş verən yanğın söndürülüb

FHN: Binəqədi rayonunda “Bazar Store” super marketində baş verən yanğın söndürülüb
  • Hadisə

  • Paytaxtın Binəqədi rayonunda Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Bazar Store” super marketində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, nəticədə super marketə aid 10 kondisioner, 1 reklam lövhəsi və müşahidə kamerası yanıb.

    Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər