Azərbaycanlı kinorejissor Çingiz Rəsulzadə vəfat edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata görə, 1972-ci il təvəllüdlü Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.
Qeyd edək ki, Ç.Rəsulzadə 20 fevral 1972-ci il Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur./oxu.az